*4545

Tavan boyamada nələrə diqqət etməliyik?

01-08-2022

Tavanları adətən ağ rəngə boyayırıq. Bunun da səbəbi tavanların rəngi və işığı yansıtma özəlliyidir. Bəyaz rəng tavanda bir otağı olduğundan daha geniş və aydın göstərir. Bəyaz rəng seçərkən onun bəyaz, kirli bəyaz və s. olması ev sahibinin zövqündən asılıdır. Həmçinin boyanan yer  mətbəx tavanıdırsa, silinən və yuyulan boyaların istifadəsi daha məqsədəuyğundur.Lakin bu ton divara vuracağınız boyaya uyğun olmalıdır. Bəs tavan boyamada ustanın üzərinə düşən əsas iş nədir?Usta hər şeydən öncə evin digər hissələri və əşyaların bulaşmaması üçün öncəliklə hər yeri örtməlidir. Mümkün olduğu qədər səliqəli işləməlidir. Boyama üçün uyğun boya rulosu, bir ədəd uzun rulo sapı və kiçik hissə və kəsişmələri boyamaq üçün fırça lazımdır. Əgər divarda zədəli yerlər varsa, şpatellə əvvəlcə o hissələr təmir olunmalı, doldurulub düzləşdirilməlidir. Divarla tavanın kəsişməsini incə bir bantla ayırmaq lazımdır ki, divardakı boya zədələnməsin. Astar tətbiq olunan tavana uyğun müddətdən  sonra boyanı təlimatlara uyğun şəkildə bir və ya iki qat çəkmək lazımdır. Eyni zamanda fırçanın iz buraxmaması üçün məhsulun keyfiyyəti qədər seçdiyiniz rulonun da keyfiyyəti çox önəmlidir. Həmçinin boyanın ilk qatını üfüqi, sonrakı qatını şaquli tətbiq etmək də fırça izinin qarşısını alacaq. İşiniz bitdikdən və boyanın qurumasından əmin olduqdan sonra bantları rahatlıqla çıxara bilərsiniz.

Tavan boyamada nələrə diqqət etməliyik?
integrity="sha256-/xUj+3OJU5yExlq6GSYGSHk7tPXikynS7ogEvDej/m4=" crossorigin="anonymous">