*4545

Astar Boya nə üçün lazımdır ?

31-10-2023

Astar boya son qat boyadan əvvəl istifadə olunan materialdır. Son qat boyanın yapışması üçün hamar səth yaratmağa kömək edir. Bu da boyanın səthə daha yaxşı oturmasına zəmin yaradaraq istədiyiniz görünüşü əldə etməyə imkan verir və boyanın örtmə gücünü artırır. Rəngləmə zamanı rəng dalğalanmaları baş verə bildiyi üçün astar boya bu rəng dalğalanmalarının da qarşısını alır və boya qatının bərabər görünməsini təmin edir. Bu səbəbdən yüksək nəticə əldə etmək üçün hər boya öncəsi mütləq astar boya istifadə edilməlidir. Hər boyanın öz xüsusiyyətinə uyğun astar boyası olur. Astar, boya ilə divar arasında tampon rolunu oynayır. Su və nəm keçiriciliyini azaldır, kiflənməyə  qarşı daha davamlı edir. İstənilən çatları dolduraraq hamar səth yaradır. Beləliklə divarlar daha sağlam və uzunömürlü olur.

 

Astar Boya nə üçün lazımdır ?