Akrilik kopolimer əsaslı, mərmər hissəciklərdən ibarət dekorativ örtük.
Hər cür səthə mükəmməl bir şəkildə yapışır. Yağış, nəm, günəş şüaları kimi hər cür hava şəraitinə, dəniz sahillərindəki duzlu nəmin mənfi təsirlərinə qarşı son dərəcə dözümlüdür. Tənəffüs edə bilmə xüsusiyyəti ilə divardakı rütubəti bayıra atar. İstifadəsi asandır və tez bir vaxtda quruyur, asan tətbiq edilir, rəngləri solmur.
Binaların daxili və xarici hissələrində: beton, taxta və panel səthlərdə dekorativ məqsədlə istifadə edilir.
Boya istifadə edilməyə başlamazdan əvvəl səth yağ, toz və qum kimi yapışmağı əngəlləyici maddələrdən tamamilə təmizlənməlidir. Səth Sobbinder ilə astarlamalı və daha sonra Dekor istifadə olunmalıdır. Lazım gəldikdə səthlərdəki çuxur və çatlar Sobexpas məcun ilə düzəldilməlidir. Dekor 1,5 - 2 litr su ilə durulaşdırılmalı, yaxşıca qarışdırıldıqdan sonra polad mala ilə səthə tətbiq edilməlidir. İstifadə vaxtı temperatur +5º C-dən yuxarı, rütubət 80%-dən aşağı olmalıdır. Çox isti havada istifadə edilməməlidir. Yeni suvanmış səthlərdə sementin bərkiməsi üçün 4 həftə gözlənilməlidir.
1 kq Dekor ilə tək qat halda səthə bağlı olaraq 0.3 m² sahə boyana bilər.
Birbaşa günəş işığı düşməyən 5-35°C-lik mühitdə, açılmamış orijinal qablarda 3 il saxlana bilər. Aşırı isti və nəmdən qorunmalıdır.
S 2 : Uşaqların əli çatdığı yerlərdən uzaq tutun.
S 3 / 7 : Qabı sərin yerdə,ağzı bağlı halda saxlayın.
S 24 / 25 : Göz və dəri ilə təmasdan qoruyun.
S 29 : Kanalizasiyaya atmayın.
S 46 : Udulduğu halda dərhal həkimə müraciət edin, qabı və ya etiketi göstərin.
Məhsulların istifadə və saxlanma təlimatına əməl olunmadığı təqdirdə, istehsalçı şirkət ortaya çıxan qüsur və nəticələrə görə məsuliyyət daşımır !