Məhsul haqqında :Sobsan İzoloat Stop - İzolatex ikikomponentli hidroizolyasiya qarışığıdır.
Quru qarışıq: Sement əsaslı, kimyəvi qatqılarla zəngin, quru qarışıqdır.
Maye qarışıq: Akrilik əsaslı emulsiya polimeridir.
Xüsusiyyətləri : Yüksək yapışma qabiliyyəti və elastikliyi sayəsində suvaq, döşəmə suvağı kimi səthlərə keramika və digər üzlük plitələri yapışdırmazdan öncə su keçirməyəndayanıqlı hidroizoliyasiya təbəqəsi yaradır.
Daxili və xarici məkanlarda istifadə olunur.
İstifadə müddəti uzundur.
Şaxtaya qarşı dözümlüdür.
İstifadə sahələri : Daimi su saxlanılan hovuzlarda
Terraslarda
Beton, suvaq və döşəmə suvağı kimi səthlərin üzərində
Binaların bünövrəsində və balkonlarda
Sanitar qovşaqlarda keramika işi öncəsi səthlərin izoliyasiyasında
Tətbiqi : Hazır qarışıq fırça və ya vərdənə ilə səthə iki yaxud üç qat çəkilir. Qatlar arasında temperaturdan asılı olaraq 5-6 saat fasilə verilir. Qatlar bir - birinə perpendikulyar şəkildə tətbiq olunur.
Quru qarışıq: Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində, üst-üstə maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.
Maye qarışıq: Açılmamış plastik bidonlarda üst-üstə 3 cərgə olmaqla 12 ay saxlanıla bilər.
Təhlükəsizlik şərtləri :
S 2 : Uşaqların əli çatdığı yerlərdən uzaq tutun.
S 28 : Cild ilə təmasında dərhal bol su ilə yuyun.
S 36/37/39 : İşləyərkən uyğun qoruyucu geyim, əlcək, eynək/maska istifadə edin.
Qeyd : Məhsulların istifadə və saxlanma təlimatına əməl olunmadığı təqdirdə, istehsalçı şirkət ortaya çıxan qüsur və nəticələrə görə məsuliyyət daşımır !