Nitrosellüloza yapışqan tərkibli, tək birləşənli, yüksək keyfiyyətli mat lakdır.
Zərbəyə və cızılmağa qarşı dözümlüdür. Tez quruyandır. Asanlıqla tətbiq olunur və səthə möhkəm şəkildə yapışır. Qoruyucu və elastikdir. Səthlərə təmiz mat görünüş verir.
Hər növ mebellərdə, taxta və örtük materiallarda dekorativ, son qat mat lak kimi istifadə edilir.
Sellülozik Mat Lak istifadə ediləcək səthlər kir, yağ, toz kimi yapışmağı əngəlləyən maddələrdən tamamilə təmizlənməlidir. Təmizlənmiş səthlər sumbata kağızı ilə sürtülməli və Sellülozik dolğu lak ilə doyurulmalıdır. Sellülozik dolğu lak vurulduqdan 2 saat sonra sumbata kağızı ilə sürtülməli və tozları silinməlidir. Sellülozik Mat Lak 20-30 % Sellülozik tiner ilə incəldilməlidir. Fırça və ya boya püskürdücü ilə tətbiq edilir. Boya püskürdücü ilə tətbiq olunduqda 2-3 qat olaraq çarpaz şəkildə tətbiq edilməlidir. Qatlar arasında 5-10 dəqiqə gözlənilməlidir. Fırça ilə tətbiq olunduqda 2-3 qat olaraq çarpaz şəkildə çəkilməli və qatlar arasında 20-30 dəqiqə gözlənilməlidir. Quruduqdan 2 saat sonra isə səth sumbata olunmalıdır.
1 kq. Sobsan Sellülozik Mat Lak ilə tək qat şəkildə səthə bağlı olaraq 8-12 m² sahəyə lak çəkilə bilər.
Birbaşa günəş işığı düşməyən 5-35°C-lik mühitdə, açılmamış orijinal qablarında 3 il saxlana bilər. Aşırı isti və nəmdən qorunmalıdır.
S 2 : Uşaqların əli çatdığı yerlərdən uzaq tutun.
S 3/7/9 : Qutunu bağlı halda, sərin və yaxşı havalandırılan yerlərdə mühafizə edin.
S 24/25 : Göz və dəri ilə təmasdan qoruyun.
S 29 : Kanalizasiyaya atmayın.
S 46 : Udulduğu halda dərhal həkimə müraciət edin, qabı və ya etiketi göstərin.
S 51 : Yalnız yaxşı havalandırılan yerlərdə istifadə edin.
Məhsulların istifadə və saxlanma təlimatına əməl olunmadığı təqdirdə, istehsalçı şirkət ortaya çıxan qüsur və nəticələrə görə məsuliyyət daşımır !