Məhsul haqqında :Akrilik kopolimer bağlayıcı əsaslı, su bazlı, silinəbilən mat, antibakterial daxili cəbhəboyasıdır.
Xüsusiyyətləri :Boya su əsaslıdır, tənəffüs etmə qabiliyyəti və örtmə gücü olduqca yüksəkdir. Çatlamaz, yapışma xüsusiyyəti olduqca möhkəmdir, mükəmməl ağ görünüşə sahibdir. Ətraf mühitə zərərsizdir, qoxusuzdur, estetik, mat görünüşlü son qat antibakterialgigiyenik,silinə bilən daxili cəbhə boyasıdır. Divarlarda bakteriyanın əmələ gəlməsinin qarşısını 99% nisbətində alar.
İstifadə sahələri :Boya hər növ gips, suvaq, beton və alçıpan kimi daxili cəbhə səthlərində estetik və qoruyucu məqsədlə güvənli şəkildə istifadə olunur.
Tətbiqi : Boya tətbiq olunacaq səthlər sağlam, quru və təmiz olmalıdır. Qabarmış və köhnə boyalı səthlər qazınaraq təmizlənməlidir. Düzgün bir səth əldə etmək üçün səthə üzlük suvaq vurulmalıdır. Üzlük suvaq tətbiqindən sonra lazım olarsa səth sumbata olunmalıdır və Sobbinder ilə astarlanmalıdır. Astar tətbiq olunmuş səthə astar tətbiqindən 2-3 saat sonraAntibakterial Sobplus Plastik Divar Boyası 5-10 % nisbətində su ilə incəldilərək, iki qat şəkildə fırça və ya rulo ilə tətbiq edilir. Qatlar arasında 4-8 saat gözlənilməlidir. İstifadə zamanı mühit və səth temperaturunun 5-35 °C arasında olmasına diqqət göstərilməlidir .
Sərfiyyat : 1 kq. Antibakterial boya ilə tək qat şəkildə səthə bağlı olaraq 6-8 m² sahə boyana bilər.
Saxlama müddəti : Birbaşa günəş işığı düşməyən 5-35°C-lik mühitdə, açılmamış orijinal qablarda 3 il saxlana bilər. Aşırı isti və nəmdən qorunmalıdır
Təhlükəsizlik şərtləri :
S 2 : Uşaqların əli çatdığı yerlərdən uzaq tutun.
S 3 / 7 : Qabı sərin yerdə,ağzı bağlı halda saxlayın.
S 24 / 25 : Göz və dəri ilə təmasdan qoruyun.
S 29 : Kanalizasiyaya atmayın.
S 46 : Udulduğu halda dərhal həkimə müraciət edin, qabı və ya etiketi göstərin.
Qeyd : Məhsulların istifadə və saxlanma təlimatına əməl olunmadığı təqdirdə, istehsalçı şirkət ortaya çıxan qüsur və nəticələrə görə məsuliyyət daşımır !