Akrilik kopolimer bağlayıcı əsaslı, su bazlı, silinə bilən mat, antibakterial daxili cəbhə boyasıdır.
Su əsaslıdır, tənəffüs etmə qabiliyyəti və örtmə gücü olduqca yüksəkdir. Çatlamaz, yapışma xüsusiyyəti olduqca möhkəmdir, mükəmməl ağ görünüşə sahibdir. Ətraf mühitə zərərsizdir, qoxusuzdur, dekorativ, mat görünüşlü son qat antibakterial gigiyenik,silinə bilən daxili cəbhə boyasıdır. Divarlarda bakteriyanın əmələ gəlməsinin qarşısını 99% nisbətində alar.
Hər növ gips, suvaq, beton və alçıpan kimi daxili cəbhə səthlərində dekorativ və qoruyucu məqsədlə güvənli şəkildə istifadə olunur.
Tətbiq olunacaq səthlər sağlam, quru və təmiz olmalıdır. Qabarmış və köhnə boyalı səthlər qazınaraq təmizlənməlidir. Düzgün bir səth əldə etmək üçün səthə üzlük suvaq vurulmalıdır. Üzlük suvaq tətbiqindən sonra lazım olarsa səth sumbata olunmalıdır və Sobbinder ilə astarlanmalıdır. Astar tətbiq olunmuş səthə astar tətbiqindən 2-3 saat sonra Antibakterial Sobplus Plastik Divar Boyası 10-15% nisbətində su ilə incəldilərək, iki qat şəkildə fırça və ya rulo ilə tətbiq edilir. Qatlar arasında 4-8 saat gözlənilməlidir. İstifadə zamanı mühit və səth temperaturunun 5-35 °C arasında olmasına diqqət göstərilməlidir .
1 kq. Antibakterial Sobplus Plastik Divar Boyası ilə tək qat şəkildə səthə bağlı olaraq 6 - 8 m² sahə boyana bilər.
Birbaşa günəş işığı düşməyən 5-35°C-lik mühitdə, açılmamış orijinal qablarda 3 il saxlana bilər. Aşırı isti və nəmdən qorunmalıdır
S 2 : Uşaqların əli çatdığı yerlərdən uzaq tutun.
S 3 / 7 : Qabı sərin yerdə,ağzı bağlı halda saxlayın.
S 24 / 25 : Göz və dəri ilə təmasdan qoruyun.
S 29 : Kanalizasiyaya atmayın.
S 46 : Udulduğu halda dərhal həkimə müraciət edin, qabı və ya etiketi göstərin.
Məhsulların istifadə və saxlanma təlimatına əməl olunmadığı təqdirdə, istehsalçı şirkət ortaya çıxan qüsur və nəticələrə görə məsuliyyət daşımır !