Məhsul haqqında : CRYSTAL dekorativ boya məxmər parçanın işığın təsiri ilə dəyişən möhtəşəm görüntüsünü özündə əks etdirərək fərqli, bənzərsiz, estetik, dekorativ mənzərə yaradır.
Xüsusiyyətləri : Tərkibindəki metallik piqmentlər və xüsusi qatqılar sayəsində istifadə olunduğu səthdə olduqca gözoxşayan, zərif və dekorativ görünüş yaradır. Eyni zamanda səthdəki xırda qüsurları ustalıqla örtür. Parlaqlığını və rəngini uzun müddət qoruyur. Zamanla divarlarda zədələnmiş hər hansı bir hissə olarsa, CRYSTAL dekorativ boya ilə təkrarən fərq yaranmadan ustalıqla bərpa oluna bilər. CRYSTALdekorativboyanın xırda və iri qum dənəciklərindən ibarət tərkibə malik iki çeşidi mövcuddur.
İstifadə sahələri : CRYSTAL dekorativ boya binaların daxili hissələrində zəmin hazırlıqları tamamlanmış bütün səthlərdə astar boyadan sonra istifadə edilir. Su tərkibli olduğu üçün zərərsizdir və səthlərin nəfəs almasına şərait yaradır. Səthə möhkəm yapışaraq qopmur və tökülmür. CRYSTAL boyanın zəngin rəng çeşidi və fərqli teksturaları ilə məkanlar təkrarsız olacaq.
Tətbiqi : Tətbiq olunacaq səthlər sağlam, quru və təmiz olmalıdır. Qabarmış və köhnə səthlər qazınaraq təmizlənməlidir. Düzgün bir səth əldə etmək üçün səth gips əsaslı məhsullarla astarlanmalı və üzlənməlidir. Hazırlanmış səth sumbata olunub “Sobsan Binder” ilə yuyulmalıdır. Tam hazır olan səth ilk öncə seçilmiş rəng tonunda Sobplus Lux plastik boya ilə 2 qat şəkildə boyanır. Astar boya tamamilə quruduqdan sonra “CRYSTAL Boya” enli fırça ilə səthə çəkilərək sağ-sol istiqamətdə lazım olan tekstura verilir.
Sərfiyyat : 1 kq. SOBSAN CRYSTAL BOYA ilə tək qat şəkildə səthə bağlı olaraq 5 m² sahə boyana bilər.
Saxlama müddəti : Birbaşa günəş işığı düşməyən 5-35°C-lik mühitdə, açılmamış orijinal qablarda 2 il saxlana bilər. Aşırı isti və nəmdən qorunmalıdır.
Təhlükəsizlik Şərtləri :
S 2 : Uşaqların əli çatdığı yerlərdən uzaq tutun.
S 3 / 7 : Qabı sərin yerdə,ağzı bağlı halda saxlayın.
S 24 / 25 : Göz və dəri ilə təmasdan qoruyun.
S 29 : Kanalizasiyaya atmayın.
S 46 : Udulduğu halda dərhal həkimə müraciət edin, qabı və ya etiketi göstərin.
Qeyd : Məhsulların istifadə və saxlanma təlimatına əməl olunmadığı təqdirdə, istehsalçı şirkət ortaya çıxan qüsur və nəticələrə görə məsuliyyət daşımır !