Məhsul haqqında :Sobkontakt beton suvaq astarı modifikasiyalı polimerləşdirilmiş, qətran əsaslı, hamar beton səthlərdə, divarlarda və tavanlarda sement və xüsusilə gips əsaslı suvağın səthlərə yapışma müqavimətini və dözümlülüyünü artıran betonastarıdır.
Xüsusiyyətləri :Sobkontakt beton astarı sement və alçı əsaslı suvaqların qəlibdən çıxan beton səthlərə yapışma müqavimətini artırır və suyunu tez itirməsinin qarşısını alır. Suvaqların istifadə müddətini artırır. Sobkontakt beton suvaq astarı asan hazırlanır və tətbiq olunur.
İstifadə sahələri : Kontakt beton suvaq astarı daxili məkanlarda, şaquli və üfüqi səthlərdə, beton tavanlarda, şüşə səthlərdə, alçıpan və lambir vurulmuş səthlərdə, gips, alçı, kirəc və sement əsaslı suvaqların hamar səthlərinin yapışma müqavimətini artırmaq üçün ikitərəfli bağlayıcılıq yaradan astar kimi istifadə olunur.
Tətbiqi : Tətbiq olunacaq səth yağ, toz, boya, kir və s. kimi səthin yapışqanlığını zəiflədən maddələrdən təmizlənməli, quru, dözümlü və sağlam olmalıdır.
SOBKONTAKT Beton Astarı istifadə edilməzdən əvvəl homogen olaraq qarışdırılmalıdır.
Məhsul istifadəyə hazırdır; lazım olduqda 5-10 % nisbətində su ilə incəldilərək, mala və ya fırça ilə səthə tək qat tətbiq olunur.
Tətbiqdən 24 saat sonra səth istənilən material (məcun, alçı, kafel və s.) ilə örtülə bilər.
Uzun müddət günəşə məruz qalmış çox isti, ya da donmuş səthlərə tətbiq olunmamalıdır.
Saxlama müddəti : Sob kontakt beton astarı açılmamış orijinal qablaşdırmada, sərin və quru şəraitdə saxlayın, donmadan qoruyun. 3 taxta altlıq hündürlükdə saxlanılmalıdır. Anbarlarda normal saxlanma şəraitinə əməl edilərsə, saxlama müddəti istehsal tarixindən 12 aydır. Ağzı açılmış qablardakı məhsul bir həftə ərzində istifadə olunmalıdır.
Təhlükəsizlik şərtləri :
S 2 : Uşaqların əli çatdığı yerlərdən uzaqda saxlayın.
S 3 / 7 : Qabı ağzı möhkəm halda sərin bir yerdə saxlayın.
S 24 / 25 : Göz və dəri ilə təmasından qorunun.
S 29 : Kanalizasiyaya atmayın.
S 46 : Udulduqda, təcili həkimə müraciət edin qabı və ya etiketi göstərin.
Qeyd : Məhsulların istifadə və saxlanma təlimatına əməl olunmadığı təqdirdə, istehsalçı şirkət ortaya çıxan qüsur və nəticələrə görə məsuliyyət daşımır !