Tətbiqi : Tətbiq ediləcək səthlər sağlam, quru və tozdan təmizlənmiş olmalıdır. Qabarmış və köhnə boyalı səthlər qazınaraq təmizlənməlidir. Çatlamış və deformasiya olmuş səthlər SOBSAN astar və üzlük ilə düzəldilməlidir. Məcunlanmış səth sumbata olunduqdan sonra səth Sobsilex Prim silikonlu astar ilə astarlanmalıdır.
1. Mərhələ :
Zəmin hazırlıqları tamamlanmış səthə məhsulu incəltmədən məcun qatılığında çöldən içəriyə doğru tətbiq etmək lazımdır. Növbəti mərhələlərdə yarana biləcək çatlama və tökülmənin qarşısını almaq üçün 24 saat quruması gözlənilməlidir. Soyuq və nəmli havalarda bu müddət bir az daha uzadılmalıdır.
2. Mərhələ :
Tətbiq olunacaq səth kağız bant ilə çərçivəyə alınır. Rəngləndirilmiş məhsul 1 №-li polad mala ilə səthə çəkilir. Səth tamamilə qurumadan 2 №-li polad mala ilə ikinci qat tətbiq olunur. Səth hər iki tərəfdən çöldən içəriyə doğru hamarlaşdırılır. Səth qurumadan bant kənarlardan çıxarılmalıdır. Bu mərhələdə qatlar arasında 6-8 saat gözlənilməlidir.
3. Mərhələ:
Səth quruduqdan sonra səthə sonuncu qat 2 №-li mala ilə çəkilir. Ardınca məhsul qurumadan 2 №-li mala ilə cilalama işinə başlamaq lazımdır. Səthə çox təzyiq etmədən diqqətli şəkildə tətbiq etmək lazımdır. Səthə təzyiq çox olarsa, cızılmış görünüş əmələ gələr. Cilalama prosesi tamamlandıqdan sonra 24 saat quruması gözlənilməlidir.