Akrilik kopolimer bağlayıcı əsaslı, su bazlı, saten, yarı-parlaq daxili cəbhə boyasıdır.
Su əsaslıdır, tənəffüs etmə qabiliyəti olduqca yüksəkdir. Elastik quruluşundan dolayı çatlamaz. Yüksək yapışma gücünə malikdir, mükəmməl şəkildə ağdır və tətbiq olunduğu səthi tamamilə örtür. Ekoloji cəhətdən zərərsiz, qoxusuz, dekorativ, saten, yarı -parlaq görünüşlü, silinə bilən, son qat daxili cəbhə boyasıdır.
Hər növ gips, suvaq, beton və alçıpan kimi daxili cəbhə səthlərində dekorativ və qoruyucu məqsədlə güvənli şəkildə istifadə olunur.
Tətbiq olunacaq səthlər sağlam, quru və təmiz olmalıdır. Qabarmış və köhnə boyalı səthlər qazınaraq təmizlənməlidir. Düzgün bir zəmin əldə etmək üçün səthə saten alçı və ya Sobexpas Məcun vurulmalıdır. Məcun və ya gips tətbiqindən sonra səth lazım gələrsə sumbata olunmalı və Sobbinder ilə astarlanmalıdır. Astar tətbiqindən 2-3 saat sonra Sobsaten Boya 10% nisbətində su ilə incəldilərək iki qat şəkildə fırça və ya rulo ilə tətbiq edilir. Qatlar arasında 6-8 saat gözlənilməlidir. Tətbiq zamanı mühit temperaturunun 5-35 °C arasında olmasına diqqət edilməlidir.
1 kq. Sobsaten Boya ilə tək qatda səthə bağlı olaraq 6.5-8 m² sahə boyana bilər.
Birbaşa günəş işığı düşməyən 5-35°C-lik mühitdə, ağzı açılmamış orijinal qablarda 3 il saxlana bilər. Aşırı isti və nəmdən qorunmalıdır.
S 2 : Uşaqların əli çatdığı yerlərdən uzaq tutun.
S 3 / 7 : Qabı sərin yerdə, ağzı bağlı halda saxlayın.
S 24 /25 : Göz və dəri ilə təmasdan qoruyun.
S 29 : Kanalizasiyaya atmayın.
S 46 : Udulduğu halda dərhal həkimə müraciət edin, qabı və ya etiketi göstərin.
Məhsulların istifadə və saxlanma təlimatına əməl olunmadığı təqdirdə, istehsalçı şirkət ortaya çıxan qüsur və nəticələrə görə məsuliyyət daşımır !