Məhsul haqqında : Sobset Daş Qoruyucusilikonlu qoruyucu emprenye məhsulu.
Xüsusiyyətləri : Daş qoruyucu hər cür hava şəraitinə dayanıqlıdır və uzun ömürlüdür. Nəmə, suya qarşı davamlıdır və səthin nəfəs almağına imkan yaradır. Səthin təbii görünüşünü pozmur. Ətraf mühit üçün zərərsizdir. Ultrabənövşəyi şüalara qarşı dözümlüdür. Çatlamaz və tökülməz.
İstifadə sahələri : Təbii və sintetik mineral əsaslı daş, qazbeton (ytong), beton və s. səthlərdə qoruyucu və emprenye məqsədlə inamla istifadə olunur
Tətbiqi : Səthdə köhnə, yumşaq, qabarmış boya təbəqəsi varsa təmizlənməlidir. Çatlamış və boş səthlər təmir edilməlidir, səth möhkəm, quru və təmiz olmalıdır. İstifadəyə hazırdır. İncəldilmədən səthə fırça, rulo və ya boya tapançası ilə iki qat şəkildə tətbiq olunur. Qatlar arasında gözləmədən yaş halda ikinci qat tətbiq olunmalıdır. Üzərinə örtük material tətbiq olunacaqsa 24 saat gözləmək lazımdır.
Sərfiyyat : Səthə bağlı olaraq 1lt SOBSET Emprenye Məhsul ilə tək qat şəkildə 3-10 m² sahə emprenye edilə bilər. (Elyaflı Sement : 8-10m², Beton: 3-5m², Təbii Daş: 2-4m², Kərpic: 2-3m², Genişləndirilmiş Beton: 1m² ).
Saxlama müddəti : Birbaşa günəş işığı düşməyən 5-35°C-lik mühitdə, açılmamış orijinal qablarında 3 il saxlana bilər. Aşırı isti və nəmdən qorunmalıdır.
Təhlükəsizlik şərtləri :
S 2 : Uşaqların əli çatdığı yerlərdən uzaq tutun.
S 3 / 7 / 9 : Qutunu bağlı halda, sərin və yaxşı havalandırılan yerlərdə mühafizə edin.
S 16 : Tezalışan maddələrdən uzaq tutun, siqaret çəkməyin!
S 24 / 25 : Göz və dəri ilə təmasdan qoruyun.
S 29 : Kanalizasiyaya atmayın.
S 46 : Udulduğu halda dərhal həkimə müraciət edin, qabı və ya etiketi göstərin.
S 51 : Yalnız yaxşı havalandırılan yerlərdə istifadə edin.
Qeyd : Məhsulların istifadə və saxlanma təlimatına əməl olunmadığı təqdirdə, istehsalçı şirkət ortaya çıxan qüsur və nəticələrə görə məsuliyyət daşımır !