Sintetik alkid əsaslı, su bazlı emulsiya boyaları üçün hazırlanmış yüksək konsentrasiyalı rəngləndiricidir.
Olduqca mükəmməl rəng tonlarına malikdir. Ekoloji cəhətdən sağlamdır. Universal pastanı ağ rəng boya ilə qarışdıraraq minlərlə müxtəlif rəng çalarları əldə etmək mümkündür. Yüksək doyma səviyyəsinə malik olduğundan istifadə olunduğu səthi yüksək səviyyədə tonlaşdırır, sintetik və su əsaslı boyalarda istifadə olunur. Sobsan Universal rəng pastalarını rəngləmək istədiyiniz ağ boyalara qataraq mükəmməl nəticə əldə etməyiniz mümkündür.
Sintetik boya və su əsaslı emusiyalara qatılaraq istifadə olunur.
Özlülüyün zəruri səviyyəsini əldə etmək üçün boyanı su ilə durulaşdırmaq lazımdır. 100 qr Sobsan Universal Pasta ilə 20 kq ağ boyanı rəngləndirə bilərsiniz.
Qarışma nisbəti 1:40(2.5%), 1:20 (5%), 1:10 (10%), 1:5 (20%) olaraq dəyişir.
Birbaşa günəş işığı düşməyən 5-35°C-lik mühitdə, açılmamış orijinal qablarda 3 il saxlana bilər. Donmaqdan qoruyun.
S 2 : Uşaqların əli çatdığı yerlərdən uzaq tutun.
S 3 / 7 : Qabı sərin yerdə, ağzı bağlı halda saxlayın.
S 29 : Kanalizasiyaya atmayın.
S 36 / 37 / 39 : İşləyərkən uyğun qoruyucu geyim, əlcək, maska və eynək istifadə edin.
S 46 : Udulduğu halda dərhal həkimə müraciət edin, qabı və ya etiketi göstərin.
Məhsulların istifadə və saxlanma təlimatına əməl olunmadığı təqdirdə, istehsalçı şirkət ortaya çıxan qüsur və nəticələrə görə məsuliyyət daşımır !